ATV və ARB reklam satışını mərkəzləşdirib

Media
  • 27 fevral, 2018
  • 11:36
ATV və ARB reklam satışını mərkəzləşdirib

Bakı. 27 fevral. REPORT.AZ/ Mətbuatda ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənovun “Azad Azərbaycan Teleradio və Yayım şirkəti”nə reklam direktoru təyin olunması ilə bağlı yayılan xəbərə hər iki kanaldan rəsmi açıqlama verilib.

"Report"un xəbərinə görə, açıqlamada bildirilib ki, reklam fəaliyyətinin effektivliyini artırmaq məqsədilə ATV və ARB telekanallarının rəhbərliyi 2018-ci ilin fevralın 27-dən etibarən iki telekanalın reklam satışını mərkəzləşdirmək qərarına gəlib: "Reklam şirkətləri və bu telekanallar arasında bundan öncə mövcud olan qarşılıqlı öhdəliklər qüvvədə qalır. Razılığın detalları Azərbaycan reklam bazarının bütün iştirakçılarına təqdim olunub və bu barədə məlumatlar ictimai əhəmiyyət kəsb etmir".