ARB TV-nin yayımı üç saatlıq dayandırılacaq

ARB TV-nin yayımı üç saatlıq dayandırılacaq ARB TV-nin yayımı üç saatlıq dayandırılacaq
Media
392
5 May , 2022 18:06
ARB TV-nin yayımı üç saatlıq dayandırılacaq

ARB TV-nin yayımı üç saatlıq dayandırılacaq

"Report" xəbər verir ki, bununla bağlı Audiovizual Şuranın mayın 5-də keçirilən iclasında qərar qəbul olunub.

Bildirilib ki, iclasda 25 aprel - 5 may 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub. Monitorinqlər zamanı “ARB” televiziya yayımçısının efirində 3 may 2022-ci il tarixdə saat 13:35 - 15.30 arası yayımlanan “Elgizlə izlə” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla “Media haqqında” qanunu 14.1.15-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb. Bu səbəbdən Audiovizual Şura "Media haqqında" qanunun 41.1.1-ci və 41.5-ci maddələrinə əsasən iclasda “ARB” televiziya yayımçısının proqramlarının yayımının 8 may 2022-ci il tarixdə saat 09.00-dan 12.00-dək üç saatlıq dayandırılması haqqında qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi