Bakı. 29 oktyabr. REPORT.AZ/ Amerikanın ispandilli “Eurasia Hoy” portalında AzərTAc-ın baş direktoru Aslan Aslanovun “Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə transformasiya labüddür” sərlövhəli məqaləsi dərc edilib. “Report”un məlumatına görə, məqalədə yeni informasiya texnologiyalarının inkişaf meyillərindən və sosial şəbəkələrlə ənənəvi informasiya vasitələri arasında qarşılıqlı təsirdən bəhs edilir, bu il oktyabrın 2-3-də keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu mövzuya həsr olunmuş “dəyirmi masa”da müzakirələrin icmalı verilir.

