"Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbinin sayca 17-ci qrupu yeni təlim proqramına qoşulub.
“Report” xəbər verir ki, müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.
2018-ci il iyunun 13-də fəaliyyətə başlayan Report Media Məktəbinin məzunları ölkənin bir sıra aparıcı media qurumlarında çalışırlar.
“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Report Media Məktəbinin tələbələri ilə görüşdə bildirib ki, məzunların jurnalistikada uğurlu karyera qurması diqqətdə saxlanılan əsas məsələlərdən biridir:
“Report Media Məktəbinin ötən qrupunu bitirən bir məzun artıq agentlikdə çalışır. Hazırda redaksiyada təcrübə keçən, özünü müsbət tərəfdən göstərə biləcək daha bir neçə gənc jurnalistlə əməkdaşlığı davam etdirəcəyimizi düşünürük. Hazırda agentlikdə Report Media Məktəbinin 8 məzunu çalışır. Report Media Məktəbinin fəaliyyəti ölkə jurnalistikasına bir sosial töhfədir. Bu qrupdan da uğurlu nəticə gözləyirik”.
Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu bu qrupun tam olaraq jurnalistikanı özünə peşə kimi seçmiş şəxslərdən ibarət olduğunu deyib:
“Report Media Məktəbinin bu yay qrupunda Azərbaycanın iki ali təhsil ocağının jurnalistika fakültələrinin tələbələri və məzunları toplaşıb. Bu gün media məktəbinin yaradılmasından 6 il ötür. Sayca 17-ci qrupda yer alan tələbələrin yaxşı nəticə əldə edəcəyini düşünürük”.
Görüşdə iştirak edən "Global Management" MMC-nin İnsan resursları departamentinin meneceri Mələknaz Yusifova tələbələri təlim prosesinə məsuliyyətli yanaşmağa çağırıb:
“Hər bir keyfiyyətli əməkdaşı sizləri yetişdirməklə qazanırıq. Həm sizi düşünürük, həm də özümüzü. Təlim boyu aşkarladığımız bacarıqlı, həvəsli jurnalistləri işə cəlb etmək, onların potensialını üzə çıxarmağa çalışırıq. Hər bir böyük şirkətin davamlı fəaliyyəti ayrı-ayrı əməkdaşların uğurunun bir yerə cəmlənməsindən formalaşır”.
Qeyd edək ki, Report Media Məktəbi 2018-ci il iyunun 13-dən