Ali ​Məhkəmə ANS-in kassasiya şikayəti üzrə qərarını elan edib

Ali ​Məhkəmə ANS-in kassasiya şikayəti üzrə qərarını elan edib Şikayət təmin edilməyib
Media
5 Aprel , 2016 16:17
Ali ​Məhkəmə ANS-in kassasiya şikayəti üzrə qərarını elan edib

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı qarşılıqlı iddia ilə bağlı məhkəmə qərarından verilmiş kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

"Report"un məlumatına görə, hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərarə əsasən, məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.

MTRŞ-nın idiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən ANS qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin qarşılıqlı iddianı baxılmaq üçün qəbul etməyib. Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi ANS-in apellyasiya şikayətini təmin etməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bu dəfə ANS həmin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi