Albaniya Audiovizual Şurasının sədri: Uşaqları zərərli paylaşımlardan qorumaq üçün sosial mediaya nəzarət mexanizmləri olmalıdır

Albaniya Audiovizual Şurasının sədri: Uşaqları zərərli paylaşımlardan qorumaq üçün sosial mediaya nəzarət mexanizmləri olmalıdır Uşaqların zərərli paylaşımlardan qorunması üçün sosial mediaya nəzarət mexanizmləri olmalıdır.
Media
15 aprel 2025 11:47
Albaniya Audiovizual Şurasının sədri: Uşaqları zərərli paylaşımlardan qorumaq üçün sosial mediaya nəzarət mexanizmləri olmalıdır
Armela Krasniqi

Uşaqların zərərli paylaşımlardan qorunması üçün sosial mediaya nəzarət mexanizmləri olmalıdır.

"Report" xəbər verir ki, bunu Albaniya Audiovizual Şurasının sədri Armela Krasniqi aprelin 15-də Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində sosial mediaya nəzarət mexanizmləri yoxdur və bu da, ilk növbədə, uşaqların zərərli yayımlara məruz qalmasına səbəb olur: 

"Bu toplantının əsas məqsədi beynəlxalq səviyyədə sosial media platformalarına nəzarət mexanizmi problemini həll etməkdir. Düşünürəm ki, problemin həlli ilə birgə mediada uşaqların zərərli yayımlara məruz qalmasının qarşısını almaq üçün addımlar atılacaq və uşaq hüquqlarının müdafiəsini bir daha təmin etmiş olacaq".

Son xəbərlər

Orphus sistemi