Afrikada öldürülən jurnalistlərin üstündə təxminən 8500 ABŞ dolları olub

Afrikada öldürülən jurnalistlərin üstündə təxminən 8500 ABŞ dolları olub Bakı. 1 avqust. REPORT.AZ/ Araşdırmalar İdarəsi Mərkəzinin (AİM) rəhbəri Andrey Konyaxin Mərkəzi Afrika Respublikasında öldürülən jurnalistlərin üstündə hücum zamanı, təxminən, 8500 ABŞ dollar olub.
Media
1 Avqust , 2018 16:47
Afrikada öldürülən jurnalistlərin üstündə təxminən 8500 ABŞ dolları olub
AFP
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ Araşdırmalar İdarəsi Mərkəzinin (AİM) rəhbəri Andrey Konyaxin Mərkəzi Afrika Respublikasında öldürülən jurnalistlərin üstündə hücum zamanı, təxminən, 8500 ABŞ dollar olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, AİM rəhbəri jurnalsitlərin Afrika ölkəsinə iki həftəlik müddətinə getdiyini və orada qiymətlərin yüksək olduğunu deyərək bu qədər nağd pul apardıqlarını söyləyib.

O, hotel haqqının ödənilmədiyini də söyləyib: "Qaldıqları iki günün pulunu ödəmişdilər. Sonra yenidən qayıdıb qalan bütün vaxta görə ödəniş edəcəkdilər", - A.Konyaxin bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi iyulun 30-da MAR-da üzərlərində yalnız Kirill Radçenko, Aleksandr Rastorquyev və Orxan Camalın adına olan jurnalist sənədləri tapılan 3 nəfərin öldüyünü xəbər verib. İstintaq Komitəsi qətl maddəsi ilə cinayət işi açıb. Rusiya səfirliyi öldürülən rusiyalı jurnalistlərinin meyitlərinin vətənlərinə gətirilməsi ilə məşğuldur, bu, yaxın günlərdə olacaq.

Xatırladaq ki, AİM YUKOS-un keçmiş başçısı Mixail Xodorkovski tərəfindən başladılan media layihəsidir.

Son xəbərlər

Orphus sistemi