Audiovizual Şura üç şirkətə lisenziya verib, birinin lisenziyasını ləğv edib

Audiovizual Şura üç şirkətə lisenziya verib, birinin lisenziyasını ləğv edib Audiovizual Şura 2 platforma operatoruna, 1 sifarişli yayım xidməti provayderinə və 1 platforma yayımçısına lisenziya verilib.
Media
21 Noyabr , 2023 14:29
Audiovizual Şura üç şirkətə lisenziya verib, birinin lisenziyasını ləğv edib

Audiovizual Şura 2 platforma operatoruna, 1 sifarişli yayım xidməti provayderinə və 1 platforma yayımçısına lisenziya verilib.

"Report"un xəbərinə görə, bununla bağlı Audiovizual Şuranın bugünkü iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub.

Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Şuranın müvafiq qərarları ilə "Sweet TV Group AZ" MMC-yə (operatorun xidmət adı: "Sweet TV") və "Konnekt" QSC-yə (operatorun xidmət adı: "NNTV") universal platforma operatoru lisenziyaları, "Konnekt" QSC-yə (provayderin xidmət adı: "NNTV Kinoteatr") sifarişli yayım xidməti provayderi lisenziyası, "Şou Plus Media" MMC-yə (televiziya redaksiyasının adı: "Show Plus TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirib və hazırda fəaliyyət göstərməyən "Startelecom" MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə Şuraya müraciəti müzakirə olunub, müvafiq qərar ilə "Startelecom" MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilən 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.

Son xəbərlər

Orphus sistemi