Yuxarı

YUNESKO-nun İcraiyyə Şurası bu həftə təşkilatın baş direktoru vəzifəsinə namizədlərlə müsahibə keçirəcək

YUNESKO-nun İcraiyyə Şurası bu həftə təşkilatın baş direktoru vəzifəsinə namizədlərlə müsahibə keçirəcək
Namizədlər arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da var

Bakı. 24 aprel. REPORT.AZ/ Parisdə aprelin 26-27-də Maykl Vorbsın (Almaniya) sədrliyi ilə YUNESKO-nun İcraiyyə Şurası təşkilatın baş direktoru vəzifəsinə namizədlərlə müsahibə keçirəcək.

Bu barədə "Report" BMT-nin Xəbərlər Mərkəzinə istinadən məlumat verir.

Bildirilir ki, bu ilin martında YUNESKO-nun İcraiyyə Şurasının sədri rəsmi olaraq təşkilatın baş direktoru vəzifəsinə 9 namizədin adını açıqlayıb. Onların arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da var. Digər namizədlər Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransadandır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi