YUNESKO-nun İcraiyyə Şurası bu həftə təşkilatın baş direktoru vəzifəsinə namizədlərlə müsahibə keçirəcək

YUNESKO-nun İcraiyyə Şurası bu həftə təşkilatın baş direktoru vəzifəsinə namizədlərlə müsahibə keçirəcək Namizədlər arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da var
Mədəniyyət siyasəti
24 Aprel , 2017 20:21
YUNESKO-nun İcraiyyə Şurası bu həftə təşkilatın baş direktoru vəzifəsinə namizədlərlə müsahibə keçirəcək

Bakı. 24 aprel. REPORT.AZ/ Parisdə aprelin 26-27-də Maykl Vorbsın (Almaniya) sədrliyi ilə YUNESKO-nun İcraiyyə Şurası təşkilatın baş direktoru vəzifəsinə namizədlərlə müsahibə keçirəcək.

Bu barədə "Report" BMT-nin Xəbərlər Mərkəzinə istinadən məlumat verir.

Bildirilir ki, bu ilin martında YUNESKO-nun İcraiyyə Şurasının sədri rəsmi olaraq təşkilatın baş direktoru vəzifəsinə 9 namizədin adını açıqlayıb. Onların arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da var. Digər namizədlər Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransadandır.  

Son xəbərlər

Orphus sistemi