Yardımlıda arxeoloji abidəyə qanunsuz müdaxilə olunub

Yardımlıda arxeoloji abidəyə qanunsuz müdaxilə olunub Bakı. 22 sentyabr. REPORT.AZ/ Yardımlı rayonunun Arvana kəndi ərazisində Sərək yaşayış yerində mövcud olan arxeoloji abidədə qazıntı işlərinin aparıldığı aşkarlanıb.
Mədəniyyət siyasəti
22 Sentyabr , 2018 16:59
Yardımlıda arxeoloji abidəyə qanunsuz müdaxilə olunub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Yardımlı rayonunun Arvana kəndi ərazisində Sərək yaşayış yerində mövcud olan arxeoloji abidədə qazıntı işlərinin aparıldığı aşkarlanıb.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Naməlum şəxslər tərəfindən XII-XVI əsrlərə aid, ölkə əhəmiyyətli, inventar nömrəsi 1213 olan arxeoloji abidədə qanunsuz olaraq qazıntı işləri aparılıb.

Abidə mühafizəçisinin əraziyə gəldiyini görən naməlum şəxslər ərazidən uzaqlaşıblar. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

Qeyd edək ki, tarixi abidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur.

Son xəbərlər

Orphus sistemi