“Yaponiya Azərbaycan Rəssamlarının gözü ilə” adlı sərgi-tədbir keçirilib

“Yaponiya Azərbaycan Rəssamlarının gözü ilə” adlı sərgi-tədbir keçirilib Bakı. 20 iyul. REPORT.AZ/ Sakura Azərbaycan –Yaponiya İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Azərkitab Evində “ Yaponiya –Azərbaycan Rəssamlarının gözü ilə” adlı sərgi-tədbir keçirilib.
Mədəniyyət siyasəti
20 İyul , 2018 17:36
“Yaponiya Azərbaycan Rəssamlarının gözü ilə” adlı sərgi-tədbir keçirilib

Bakı. 20 iyul. REPORT.AZ/ Sakura Azərbaycan –Yaponiya İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Azərkitab Evində “ Yaponiya –Azərbaycan Rəssamlarının gözü ilə” adlı sərgi-tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirin təşkilində Azərbaycan Rəssamlar İttifaqının, Yasamal rayon üzrə Yeni Azərbaycan Partiyasının, Azərkitab Evinin, Tərxis olunmuş Hərbçilərin, Gənclərin Maarifləndirmə İçtimai Birliyinin də dəstəyi olub.

Tədbirdə gənc və istedadlı rəssamların yağlı boya ilə kətan üzərində Yaponiya mədəniyyətini, təbiətini, idmanını, incəsənətini tərənnüm edən şəkillərdən və əl işlərindən ibarət sərgi də təşkil olunub. Yaponiya haqqında şəkil çəkən rəssamlara Sakura Azərbaycan-Yaponiya İçtimai Birliyi tərəfindən diplomlar təqdim edilib və rəssamlara Yaponiyaya aid olan “Salam Yaponiya” və digər jurnallar hədiyyə verilib. Sərginin ərsəyə gəlməsində xüsusi əməyi olan gənc rəssamlar – Elnurə və Aygün İsgəndərova bacıları bu tədbirin təşkilinə dəstək olan təşkillatlar tərəfindən diplomlarla təltif olunub.

Sərgidən sonra qonaqlara, tədbir iştirakçılarına Yaponiya mədəniyyətini təzahür edən maraqlı proqram təqdim olunub. Proqramda Bakı Dövlət Universtetinin Yaponşünas tələbələri olan Şəms, Xalidə və Günelin ifasında Yapon mahnıları oxuyub, Azərbaycanın Əməkdar Artisti Səlim Abbasovun ifasında 2 Yapon musiqisi çalınıb, yaponşünas tələbələr Yaponiya milli incəsənətini əks etdirən Oriqami Master klas göstərib.

Sakura Azərbaycan-Yaponiya İçtimai Birliyinin sədri Təranə Hüseynzadə çıxışında tədbirin məqsəd və nəticələrindən söz açaraq bildirib ki, rəssamlar arasında belə sərgilərin təşkil olunması Yaponiya mədəniyyətini Azərbaycan xalqına tanıtdırmaqdır: "Bu da Azərbaycan rəssamlarının Yaponiyada tanınmasında və hər iki ölkə xalqları arasında mədəniyyətlərarası qarşılıqlı dialoqların inkişafına, rəssamlıq sənətinin inkişafına dəstək verir və bu imkanların genişlənmsinə böyük şərait yaradır. Sakura Azərbaycan- Yaponiya İctimai Birliyi belə tədbirlərin silsilə formasında həyata keçirilməsini və yaxın gələcəkdə Yaponiyada Azərbaycan rəssamlarının sərgisinin təşkil olunmasını planlaşdırır. Bu təşkilatımızın çoxdankı arzularındandır. Xatırladım ki, təşkilatımız 2006 ci ildə ilk dəfə olaraq Yaponiya rəssamlarını Azərbaycana dəvət edib və həmin dövrdə Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Azərbaycan rəssamları arasında tədbir keçirib”.

Tədbirdə Azərbaycandakı Yaponiya Səfirliyinin Mədəniyyət və Təhsil şöbəsinin müdiri, Yaponiya Fondunun məsul nümayəndəsi və digər səfirliyin nümayəndələri, nazirliklərin əməkdaşları, beynəlxalq təşkilatlar, QHT-lər, rəssamlar, iş adamları və tələbələr iştirak edib.

Son xəbərlər

Orphus sistemi