"Atamın səhhətində hələlik heç bir irəliləyiş yoxdur".
Bunu "Report"a açıqlamasında Türkiyədəki xəstəxanalardan birində müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadənin oğlu Orxan Rzazadə deyib.
Onun sözlərinə görə, atasının müalicəsi davam etdirilir: "Sistemlər qoşulub, müalicələr öz axarı ilə gedir. Bütün günü həkim nəzarətindədir. Qidalanmasında problemlər var. Bəzən yemək və içməkdən imtina edir. Əməliyyat olunandan sonra da şikayətləri var. Həkimlər deyirlər ki, Yalçın Rzazadə uçuruma gedirdi, biz onu uçuruma düşməkdən xilas etmişik. Sadəcə burada həkimlər əvvəlcədən heç bir məlumat vermirlər. Ona görə də atamın növbəti dəfə əməliyyat olunub-olunmayacağı barədə heç bir məlumatımız yoxdur".
Qeyd edək ki,
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.