"Atamın səhhətində irəliləyişlər hiss olunur, əvvəlkinə nisbətən yaxşılaşıb".
Bunu "Report"a açıqlamasında Türkiyədə xəstəxanada müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadənin oğlu Orxan Rzazadə deyib.
Onun sözlərinə görə, Y.Rzazadə artıq yeriyə və gəzə bilir:
"Atam yeriyir, gəzir. Amma, təbii ki, tez-tez haldan düşür. Bu da onun keçirdiyi ağır əməliyyatla və yaşadığı ağır xəstəlik dövrü ilə əlaqədardır. Amma yeməyində və içməyində müəyyən problemlər olsa da, ümumilikdə, qidalanması normaldır. Atam yemək mövzusunda fərqli düşüncəli adamdır. Azərbaycan mətbəxinə öyrəncəlidir. Hələ ki, xəstəxanadan nə zaman evə buraxılacağı barədə həkimlər heç bir söz demirlər. Bu da onun yaşadığı ağır xəstəliklə bağlıdır. Gərək tam sağalsın ki, evə buraxılsın. Salamatlıq olsun, atam xəstəxanadan evə buraxılandan sonra Bakıya çatan kimi, elə hava limanında kiçik mətbuat konfransı keçirməyi düşünürük".
Qeyd edək ki,
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.