Yuxarı

Vladimir Doroxin: "Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün deyil, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir"

Vladimir Doroxin: "Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün deyil, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir"
Rusiyanın Azərbaycandakı səfiri: Müslüm Maqomayev böyük istedad sahibi idi

Bakı. 17 avqust. REPORT.AZ/ "İndi də Müslüm Maqomayev adının Rusiya və Azərbaycan əlaqələrində xidməti böyükdür. Özü də zaman öz axarı ilə getsə də, onun bu xidmət azalmır, əksinə, çoxalır. Hazırda Rusiya telekanallarında bu yubileyə həsr olunmuş nə qədər verilişin nümayiş olunduğunu təsəvvür belə edə bilməzsiz".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Onun sözlərinə görə, M.Maqomayev haqqında hər şeyin danışıldığı təəssüratı yaransa da, hər dəfə onun bioqrafiyasında yeni məqamlar üzə çıxır və bu, insanlara üçün çox maraqlıdır.

"Başqa cür ola da bilməzdi. Çünki o, böyük istedad sahibi idi. Bu əlaqəni unutmamağımız, onu davam etdirməyimiz də yaxşı haldır. Məncə, Müslüm Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün deyil, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir", - səfir bildirib.

V.Doroxin əlavə edib ki, bu gün o, Müslüm Maqomayevin Fəxri Xiyabandakı məzarını ziyarət edəcək.

"Hər il iki dəfə - onun doğum və ölüm günündə məzarı ətrafına toplaşırıq", - diplomat vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi