Yuxarı

UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Azərbaycan Hökumətinə məktub göndərib

UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Azərbaycan Hökumətinə təşəkk

UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Azərbaycan Hökumətinə təşəkkür məktubu göndərib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, məktubda Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi təqdir olunub.

Qeyd edilib ki, Bakı sessiyasında gündəlikdə duran bir çox məsələlər zamanında və müvəffəqiyyətlə həllini tapıb. M.Rossler Dünya İrs Mərkəzindəki həmkarları adından iclasların yüksək səviyyəli təşkilinə görə Azərbaycan Hökumətinə, o cümlədən gündəlik planlaşdırmalara birbaşa cəlb olunan, UNESKO katibliyinə hər cür lazımi köməklik göstərən komandaya xüsusi minnətdarlığını ifadə edib: “Biz iclasların keçirildiyi möhtəşəm məkanı, göstərilən peşəkarlığı, heyətin alicənablığını, yüksək səviyyədə təşkil olunan xidməti, iclasların koordinasiyasını həyata keçirən şəxslərin isti münasibətini xüsusi qiymətləndiririk”.

Dünya İrs Mərkəzinin direktoru məktubunda həmçinin Azərbaycanın Mədəniyyət naziri 27-28 noyabr tarixində UNESKO-nun Parisdəki mənzil-qərargahında keçiriləcək dünya irsi üzrə Konvensiyanın iştirakçısı olan dövlətlərin 22-ci ümumi iclasına dəvət edilib. BildiriliB ki, iclasda Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının sədrinin Komitənin fəaliyyəti ilə bağlı hesabatının dinlənilməsi nəzərdə tutulur.

Mextild Rossler məktubun sonunda bir daha davamlı əməkdaşlığa, dünya irsi üzrə Konvensiyanın həyata keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikası Hökumətinə minnətdarlığını bildiriB.

Xatırladaq ki, 30 iyun – 10 iyul 2019-cu il tarixində Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Azərbaycan 2015-ci ildən Ümumdünya İrs Komitəsinin üzvüdür və 2019-cu ildə Komitəyə sədrliyi həyata keçirir. 43-cü sessiyanın iclaslarına Azərbaycan Respublikasının Mədəniyyət naziri sədrlik edib.

Sessiyada 180-dən çox ölkədən 2500-dən çox nümayəndə, o cümlədən nazirlər, yüksək səviyyəli rəsmilər, eləcə də beynəlxalq təşkilatların rəhbər və məsul şəxsləri iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi