Ukraynada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Ukraynada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq Noyabrın 8-də Ukraynanın Xarkiv şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.
Mədəniyyət siyasəti
29 Oktyabr , 2019 21:09
Ukraynada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Noyabrın 8-də Ukraynanın Xarkiv şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.

“Report” xəbər verir ki, bu barədə şəhər meri Hennadiy Kerneslə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasındakı görüş zamanı bildirilib.

Görüş zamanı həmçinin iki ölkə arasında turizm əməkdaşlığı, Ukrayna iqtisadiyyatına Azərbaycan sərmayələrinin yatırılması məsələləri müzakirə olunub.

“Həqiqi təmas nöqtələrini tapmaq, qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın günlərdə Ukraynada iqtisadi forum keçirməyi nəzərdə tuturuq” – deyə səfir qeyd edib.

Son xəbərlər

Orphus sistemi