Türkiyədə müalicə olunan Yalçın Rzazadə Bakıya qayıdıb

Türkiyədə müalicə olunan Yalçın Rzazadə Bakıya qayıdıb Üç aydır Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.
Mədəniyyət siyasəti
15 Oktyabr , 2019 11:42
Türkiyədə müalicə olunan Yalçın Rzazadə Bakıya qayıdıb

Üç aydır Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Bunu "Report"a Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib.

O bildirib ki, Y.Rzazadə artıq Bakıdadır: "Şükür Allaha ki, atamın səhhəti normaldır, evdədir. Rahat yeriyir və qida qəbul eləyir. Həkimlər biraz istirahət etməyi məsləhət görüblər. 10 gündən sonra yenidən müalicələrinin davam etdirilməsi üçün Türkiyəyə qayıdacaq".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyulun 15-də Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi