Meksikanın tanınmış yazıçısı Azərbaycanda səfərdədir

Meksikanın tanınmış yazıçısı Azərbaycanda səfərdədir Tanınmış meksikalı yazıçı David Toskana Bakıda səfərdədir.
Mədəniyyət siyasəti
26 Noyabr , 2019 14:55
Meksikanın tanınmış yazıçısı Azərbaycanda səfərdədir

Tanınmış meksikalı yazıçı David Toskana Bakıda səfərdədir.

"Report" Meksikanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu, onun Azərbaycana ilk gəlişidir.

Səfər çərçivəsində onun yaradıcılığı ilə tanışlıq məqsədilə bir sıra tədbirlər təşkil olunub.

Bundan əlavə, noyabrın 29-da Bakı Kitab Mərkəzində D.Toskananın Bakı publikası ilə görüşü keçiriləcək.

Qeyd edək ki, 1961-ci ildə Meksikanın Monterrey şəhərində anadan olan D.Toskana “Tula stansiyası”, “Sirkin müqəddəs Məryəmi”, “Lontanansa”, “Migel Pruneda acısı”, “Sonuncu oxucu”, “Parlaq ordu”, “Köniqsberq körpüləri”, “Şeytan aparan şəhər”, “Evanxelia” və “Oleqaroy” kimi romanların müəllifidir. Onun “Sonuncu oxucu” romanı İspaniyanın Antonin Artaud və Xose Fuentes Mares mükafatlarına layiq görülüb. “Parlaq ordu” əsəri Amerika Evinin Xose Mariya Arqedas mükafatını, “Oleqaroy” əsəri isə Elena Poniatovska adına Latın Amerikası mükafatını qazanıb. Əsərləri dünyanın on dörd dilinə tərcümə olunub.

Son xəbərlər

Orphus sistemi