Süleyman Ələsgərovun adına veriləcək küçənin yerləşdiyi ərazi müəyyənləşib

Süleyman Ələsgərovun adına veriləcək küçənin yerləşdiyi ərazi müəyyənləşib Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun ailəsi onun adına veriləcək küçəni müəyyənləşdirib.
Mədəniyyət siyasəti
4 Mart , 2019 10:44
Süleyman Ələsgərovun adına veriləcək küçənin yerləşdiyi ərazi müəyyənləşib

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun ailəsi onun adına veriləcək küçəni müəyyənləşdirib.

Bu barədə "Report"a mərhum bəstəkarın nəvəsi, "Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.

O, yaxın müddətdə həmin küçənin yerini açıqlayacağını deyib: “Ailə üzvlərimizlə birlikdə yekun qərara gəlmişik və çox qısa zaman ərzində Süleyman Ələsgərovun adını daşıyacaq küçənin yerləşdiyi ərazini açıqlayacağıq. Əsas olan budur ki, məsələ öz müsbət həllini tapıb”.

Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə mədəniyyət işçiləri xahişlərini bildirib və təkliflərini irəli sürüblər. T.İmanov ölkə başçısına babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş verib. 

Son xəbərlər

Orphus sistemi