Şakira Dünya İqtisadi Forumunda mükafat alıb

Şakira Dünya İqtisadi Forumunda mükafat alıb Məşhur müğənni xeyriyyə işlərinə görə mükafatlandırılıb
Mədəniyyət siyasəti
17 Yanvar , 2017 17:05
Şakira Dünya İqtisadi Forumunda mükafat alıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Kolumbiyalı müğənni Şakira Davosda keçirilən Dünya İqtisadi Forumunda "Crystal Award" mükafatını qazanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni xeyriyyə işlərinə görə mükafatlandırılıb.

Şakira YUNİSEF-in xoşməramlı səfiri, eləcə də kolumbiyalı uşaqların təhsil almasına kömək edən "Pies Descalzos Foundation" şirkətinin qurucusudur.

Forumda həmçinin alman skripkaçı Anne-Sofi Mutter və Hollivud aktyoru Forest Uitaker mükafat qazanıb.

Xatırladaq ki, 47-ci Dünya İqtisadi Forumu Davosda bu gün başlayıb. Forum yanvarın 20-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi