Rusiyanın Böyük Teatrının azərbaycanlı solisti Bakıda səhnəyə çıxıb

Rusiyanın Böyük Teatrının azərbaycanlı solisti Bakıda səhnəyə çıxıb İlk dəfə olaraq Vrotslavsk Opera Teatrının qabaqcıl solisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı İrina Jitinska dəvət edilib
Mədəniyyət siyasəti
14 Noyabr , 2016 18:35
Rusiyanın Böyük Teatrının azərbaycanlı solisti Bakıda səhnəyə çıxıb

Bakı. 14 noyabr.REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Jorj Bizenin “Karmen” operasının nümayişi olub.

"Report" xəbər verir ki, Rusiyanın Dövlət Akademik Böyük Teatrının qabaqcıl solisti, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı Elçin Əzizov iki ildən sonra yenidən Bakıda səhnəyə çıxıb.

Opera teatrının rəhbərliyi tərəfindən Karmen partiyasını ifa etmək üçün ilk dəfə olaraq Vrotslavsk Opera Teatrının qabaqcıl solisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı İrina Jitinska dəvət edilib.

Tamaşada, həmçinin Ukrayna Milli Operasının qabaqcıl solisti, Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı Andrey Romanenko, Opera və Balet Teatrının qabaqcıl artistləri Azərbaycanın xalq artisti Əli Əsgərov, Azərbaycanın əməkdar artistləri İnarə Babayeva, Gülnaz İsmayılova, Səbinə Əsədova solistlər Tural Ağasıyev və Əliəhməd İbrahimov iştirak ediblər.

Tamaşanın dirijoru beynəlxalq dirijorlar müsabiqələrinin laureatı Əyyub Quliyev olub.

Son xəbərlər

Orphus sistemi