Yuxarı

Sergey Lavrov Moskvada Tahir Salahovun sərgisində iştirak edib - YENİLƏNİB

​Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” Tahir Salahovun sərgi
Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” Tahir Salahovun sərgisi keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahovun sərgisi keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, tədbirdə çıxış edən S.Lavrov sərginin Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” keçirilməsinə razılaşdığı üçün T.Salahova təşəkkür edib.

“Bu ideya Azərbyacan paytaxtı Bakıda yarandı. İstədik ki, Tahir Salahovun yaradıcılığı ilə moskvalılar da yaxından tanış olsunlar. Yaxşı ki, sərgi baş tutdu. Tahir Salahov bütün mükafatlara və adlara sahibdir. Mən sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər və yeni yaradıcılıq uğurları arzu edirəm”, - S.Lavrov deyib. 

T.Salahov jurnalistlərə açıqlamasında Bakıda keçirilən sərgisində Rusiyanın XİN başçısı S.Lovrovun iştirak etdiyini xatırladıb və onu Rusiya Xarici İşlər Nazirliyinin ordeni ilə təltif etdiyini diqqətə çatdırıb: “Bakıda Sergey Lavrov mənim sərgimin Moskvada, Xarici İşlər Nazirliyində keçirmək istədiyini bildirdi. Mənim sərgimin keçirildiyi bu ev dünyada dostuluğun və qardaşlığın imza atıldığı bir məkandır. Mən sərgimin burada keçirilməsindən qürur duyuram. Bu sərgidə mənim şah əsərlərim, tarixi şəxsiyyətlərin portiretləri nümayiş olunur. Biz gərək onları unutmayaq”.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Mixail Şıvıdkoy, Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova ilə yanaşı, Rusiyanın və Azərbaycanın ictimai-siyasi və mədəniyyət xadimləri də iştirak ediblər.


*** 13:26

Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahovun sərgisi keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, Tahir Salahov jurnalistlərə acıqlamasında Bakıda keçirilən sərgisində Serqey Lovrovun iştirak etdiyini bildirərək, onu Rusiya Xarici İşlər Nazirliyinin ordeni ilə təltif etdiyini bildirib.

“Bakıda Serqey Lavrov mənin sərgimin Moskvada, Xarici İşlər Nazirliyində keçirmək istədiyini bildirdi. Mənin sərgimin keçirildiyi bu ev dünyada dostuluğun və qardaşlığın imza atıldığı bir yerdir. Mən sərgimin burada keçirilməsindən qürur duyuram. Bu sərgidə mənim şah əsərlərim, tarixi şəxsiyyətlər nümayiş olunur. Biz gərək onları unutmayaq”, - Tahir Salahov bildirib.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi