Yuxarı

Rumıniya Mədəniyyət və Milli İdentiklik Nazirliyinin dövlət katibi Azərbaycana səfər edəcək

Rumıniya Mədəniyyət və Milli İdentiklik Nazirliyinin dövlət katibi Azərbaycana səfər edəcək
Aleksandru Opryan mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

Buxarest. 2 may. REPORT.AZ/ Rumıniyanın Mədəniyyət və Milli İdentiklik Nazirliyinin beynəlxalq münasibətlər və sosial dialoq məsələləri üzrə dövlət katibi Aleksandru Opryan Azərbaycana səfər edəcək. 

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib. 

Dövlət katibi mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. A.Opryanın ölkəmizə səfəri çərçivəsində bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.

Qeyd edək ki, A.Opryan 2014-cü ilin aprelində Rumıniyanın sabiq baş naziri Viktor Ponta tərəfindən bu vəzifəyə təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi