Romada Azərbaycanın memarlıq abidələrinə həsr edilən sərgi keçirilib

Romada Azərbaycanın memarlıq abidələrinə həsr edilən sərgi keçirilib İtaliya paytaxtında “Gələcəyin Şəhəri” adlı tədbir keçirilib
Mədəniyyət siyasəti
13 May , 2017 15:52
Romada Azərbaycanın memarlıq abidələrinə həsr edilən sərgi keçirilib

Bakı. 13 may. REPORT.AZ/ Romanın “Auditorium della Tecnica” sarayında İtaliyanın “Road To Green 2020” qeyri-hökumət təşkilatçılığı ilə “Gələcəyin Şəhəri” (“La Citta del Futuro”) adlı tədbir keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, şəhərlərin davamlı inkişafına həsr olunan konfransda Azərbaycanın müasir memarlığı haqqında ətraflı məlumat verilib, memarlıq abidələrinə həsr edilən sərgi təşkil olunub.

Azərbaycanın Romadakı səfirliyinin əməkdaşı Zaur Gədiməliyev ölkənin zəngin mədəniyyəti, tarixi ənənələri, sosial-iqtisadi inkişafı, ölkədə həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilən uğurlar haqqında məlumat verib.

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib. O, tədbir iştirakçılarına “Bakı Ağ Şəhər”, Böyükşor gölünün bərpası, Bakı Olimpiya Stadionun inşası layihələrinin konsepsiyası, texniki tərəfləri barədə ətraflı məlumat verib.

Son xəbərlər

Orphus sistemi