Qırğızıstanda MDB ölkələrinin beynəlxalq mədəni-təhsil uşaq forumu keçiriləcək

Qırğızıstanda MDB ölkələrinin beynəlxalq mədəni-təhsil uşaq forumu keçiriləcək Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus və Qırğızıstandan olan uşaqlar öz ölkələri ilə bağlı təqdimatlarla çıxış edəcəklər
Mədəniyyət siyasəti
15 İyun , 2016 13:46
Qırğızıstanda MDB ölkələrinin beynəlxalq mədəni-təhsil uşaq forumu keçiriləcək

Bakı. 15 iyun. REPORT.AZ/ MDB ölkələrinin "Birliyin uşaqları" beynəlxalq mədəni-təhsil uşaq forumu İssık-Kul gölünün sahilində keçiriləcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, tədbir Qırğızıstan parlamentinin (Joqorku Keneş) dəstəyi ilə iyunun 18-də Çolpon ata şəhərindəki "Ruh Ordu" mədəniyyət mərkəzində baş tutacaq.  

Forum zamanı Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus və Qırğızıstandan olan uşaqlar öz ölkələri ilə bağlı təqdimatlarla çıxış edəcəklər.

Onlar həmçinin mədəni dəyərlərin qorunması və inkişafı məsələlərinə həsr olunmuş "dəyirmi masa"larda və debatlarda iştirak edəcəklər. Eyni zamanda tədbir çərçivəsində yeniyetmə forum iştirakçıları üçün ekskursiya proqramı və intellektual müsabiqələr, oyunlar hazırlanıb.

Forum iyunun 22-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi