Yuxarı

Qazaxdakı XX əsrə aid yaşayış evi tarix və mədəniyyət abidələrinin siyahısından çıxarılıb

Qazaxdakı XX əsrə aid yaşayış evi tarix və mədəniyyət abidələrinin siyahısından çıxarılıb

Bakı. 13 may. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2001-ci il 2 avqust tarixli qərara dəyişiklik edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Qazax şəhəri, Ş.Çobanov küçəsindəki XX əsrə aid yaşayış evi "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"ndan çıxarılıb. Mədəniyyət Nazirliyinə əlaqədar təşkilatlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi