Qax rayonunda Novruz şənliyi keçirilib - FOTO

Qax rayonunda Novruz şənliyi keçirilib - FOTO Qax rayonunda Novruz şənliyi keçirilib.
Mədəniyyət siyasəti
19 Mart , 2019 17:25
Qax rayonunda Novruz şənliyi keçirilib - FOTO

Qax rayonunda Novruz şənliyi keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və rayon ictimaiyyəti iştirak ediblər.

Qonaqları əvvəlcə Novruz personajları olan Keçəl və Kosa qarşılayıb, daha sonra "Dədə Qorqud" salamlayaraq onlara xeyir-dua verib. Novruz tonqalı alovlandırıldıqdan sonra tədbirə start verilib.

Qax şəhər Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə milli mətbəx nümunələri, o cümlədən Qax mətbəxinin ləziz təamları nümayiş olunub. İdmançı gənclərin nümunəvi çıxışları və pəhləvanların nömrələri qonaqlarda xoş ovqat yaradıb.

Bayram tədbiri konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi