Prezident İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
Mədəniyyət siyasəti
25 Noyabr , 2015 18:44
Prezident İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2016-cı ilin aprel ayında tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur.

Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.

Dövlət başçısı milli mədəniyyətin zənginləşdirilməsi və tanıdılması işinə sanballı töhfələr vermiş bəstəkarın yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi