Yuxarı

Prezident Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan kinosunun 120 illiyinə həsr olunan tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev yanvarın 31-də Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, 2018-ci ilin avqust ayında Azərbaycan kinosunun 120-ci ildönümü tamam olur. Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçib və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 4 avqust tarixli Sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir.

Sərəncama əsasən, Azərbaycan kinosunun 120 illiyinə həsr olunan tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi