Yuxarı

Parisdə azərbaycanlı rəssamın sərgisi keçirilib

Parisdə azərbaycanlı rəssamın sərgisi keçirilib
© Foto: "Report"

Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Əli Seyranın "Azərbaycan miniatürləri" rəsm sərgisi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, səfirliyin, "Oriental Fashion Show" və "Art cooking"in dəstəyi ilə təşkil edilib.

Azərbaycanlı rəssam əl işlərini böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeirlərindən ruhlanaraq ərsəyə gətirib. Rəssamın əsərlərində insanlığa məhəbbət, hörmət kimi dəyərlər öz əksini tapıb. Konseptuallığı romantik meyllərlə bir araya gətirən rəssamın əsərləri fransalı rəsmsevərləri tərəfindən böyük maraqla qarşılanıb. Rəssamin əsərlərində İslam motivləri yer alıb, həmçinin sufilərin obrazları əks olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi