Parisdə “Azərbaycan böyük dövlətlər arasında (1918-1920)” kitabı təqdim edildi - FOTO

Parisdə “Azərbaycan böyük dövlətlər arasında (1918-1920)” kitabı təqdim edildi - FOTO Fransanın paytaxtı Parisdə Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevin “Azərbaycan böyük dövlətlər arasında (1918-1920)” adlı kitabının təqdimatı keçirilib.
Mədəniyyət siyasəti
6 Mart , 2020 07:21
Parisdə “Azərbaycan böyük dövlətlər arasında (1918-1920)” kitabı təqdim edildi - FOTO

Fransanın paytaxtı Parisdə Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevin “Azərbaycan böyük dövlətlər arasında (1918-1920)” adlı kitabının təqdimatı keçirilib.

“Report”un Fransa bürosu xəbər verir ki, Parisdəki “Presse du Chatelet” nəşriyyat evi tərəfindən fransız dilində çap olunmuş kitabın təqdimatı Azərbaycan-Fransa Dialoqu Asossiasiyasının (ADFA), Fransanın Avropada Prospektiv, Təhlükəsizlik İnstitutunun (İPSE) və “Presse du Chatelet” nəşriyyat evinin birgə təşkilatçılığı ilə keçirilib. Təqdimatda fransalı alimlər, siyasət xadimləri, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Kitabda ölkəmizin 1918-1920-ci illər tarixi haqqında məlumatlar öz əksini tapıb, Azərbaycanın imperiya əyalətindən respublika quruluşuna üz tutmasından, bolşeviklər tərəfindən işğal edilməsindən bəhs olunub.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev arxiv sənədlərinə əsaslanaraq ərsəyə gətirdiyi kitab haqqında ətraflı məlumat verib, xüsusilə Azərbaycan Demokratik Respublikasının baniləri, onların qabaqcıl ideya və islahatları haqqında danışıb. Kitabın müəllifi Azərbaycanın müstəqiliyini tanıtmaq üçün Parisə Sülh Konfransına gəlmiş cümhuriyyət üzvləri, onların uğurlu fəaliyyəti nəticəsində müttəfiqlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına toxunub, onların öz missiyalarını həyatlarının sonuna qədər davam etdirdiklərini və bu gün Fransadakı məzarlıqlarda uyuduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Presse du Chatelet” nəşriyyat evinin direktoru Jan-Daniel Belfond “Azərbaycan böyük dövlətlər arasında” kitabı sayəsində fransızdilli oxucuların Azərbaycan Demokratik Respublikasının tarixi ilə yaxından tanış olacaqlarını bildirib və belə bir möhtəşəm tarixə həsr edilmiş kitabın məhz olun rəhbəri olduğu nəşriyyat evində çap olunduğuna görə fəxr etdiyini deyib.

Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun (İPSE) prezidenti Emmanuel Dupuy çıxışında ilk dünyəvi müsəlman respublikası olan Azərbaycan Cumhuriyyətinin verdiyi qərar və qanunlara toxunub, habelə, mətbuat azadlığı, qadınlara səsvermə hüququ və həm azərbaycan, həm də fransız dilində yazılmış Azərbaycanın ilk konstitusiyasından və onların tarixi əhəmiyyətindən danışıb.

Mərasimin sonunda qonaqlara kitab hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi