Yuxarı

Ötən il Azərbaycanda muzey və teatrları ziyarət edənlərin sayı açıqlanıb

Ötən il Azərbaycanda muzey və teatrları ziyarət edənlərin sayı açıqlanıb
© Report/ Elshan Baba

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda ötən il muzey və teatrları ziyarət edənlərin sayı açıqlanıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, 2017-ci ildə muzeylərə gələn ziyarətçilərin sayı 2,7 milyon nəfər, teatrlara gələn tamaşaçıların sayı isə 0,7 milyon nəfər olub.

Qeyd olunub ki, teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar Azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi