Bakıda Maestro Niyazinin abidəsi ucaldılacaq

Bakıda Maestro Niyazinin abidəsi ucaldılacaq Abidənin açılışı ilin sonunda olacaq
Mədəniyyət siyasəti
4 Mart , 2016 20:45
Bakıda Maestro Niyazinin abidəsi ucaldılacaq

Bakı. 4 mart. REPORT.AZ/ Bakıda Maestro Niyazinin abidəsi ucaldılacaq. "Report" xəbər verir ki, bu barədə mədəniyyət və turizm nazirinin müaviniƏdalət VəliyevMədəniyyət və Turizm Nazirliyivə M.F.Axundov adına Milli Kitabxananın “Azərbaycan musiqi irsinin dünyada təbliği” birgə layihəsinin təqdimat mərasimində məlumat verib.

Abidənin ilin sonuna qədər ucaldılacağını deyən nazirlik rəsmisi bildirib ki, Maestro Niyazinin abidəsini görkəmli memar Ömər Eldarov hazırlayıb. Ə.Vəliyev görkəmli müğənni Rəşid Behbudovun heykəlinin də 2016-cı ilin sonunadək ucaldılacağını və həmin vaxt onun yubileyinin keçiriləcəyini əlavə edib.

Qeyd edək ki, Rəşid Behbudovun heykəlinin memarı Fuad Salayevdir.

Son xəbərlər

Orphus sistemi