Naxçıvanda yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayrılıb

Naxçıvanda yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayrılıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 20-də yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Mədəniyyət siyasəti
20 May , 2019 20:15
Naxçıvanda yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayrılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 20-də yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncam Naxçıvan Muxtar Respublikasının mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, mədəniyyətin və incəsənətin təbliğində və memarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi daşıyır. 

Sərəncamla Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yazıçılar Birliyinə 25 min manat, Bəstəkarlar Təşkilatına 20  min manat, Dövlət Film Fonduna 15 min manat, Aşıqlar Birliyinə 15 min manat və Memarlar Birliyinə 12 min manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi