Muğam Mərkəzində Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Muğam Mərkəzində Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 23- də Beynəlxalq Muğam Mərkəzində (BMM), ADMİU-nun və BMM-in birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Mədəniyyət siyasəti
24 Noyabr , 2018 20:47
Muğam Mərkəzində Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 23- də Beynəlxalq Muğam Mərkəzində (BMM), ADMİU-nun və BMM-in birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

“Report” xəbər verir ki, tədbirdə ADMİU-nun Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Qaralova çıxış edərək Qara Qarayevin yaradıcılığından söhbət açıb.

Daha sonra bəstəkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

Konsertdə Qara Qarayevin yaradıcılığının müxtəlif dövrlərində yazdığı Simli kvartet üçün Sonatina, “Eskiz”, “İldırımlı yollarla”baletindən “Ehtiraslı qızın rəqsi”, “Çar kəndinin heykəli”, “Afrodita adası” tamaşasından mahnı, “Yeddi gözəl” baletindən “Vals”, “Don Kixot” simfonik qravürləri, “Dənizi fəth edənlər” k/f-dən “Gənclik mahnısı” və “Xoşbəxtlik mahnısı” kantataları tələbələrin ifasında səslənib.

Beynəlxalq Muğam Mərkəzinin və ADMİU- nin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində Tofiq Quliyevin, Emin Sabitoğlunun, Elza İbrahimovanın və Azərbaycanın digər görkəmli bəstəkarlarının yaradıcılığına həsr olunmuş möhtəşəm konsertlər keçirilmişdir.

Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, ətnik və caz musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Bundan əvvəl UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi