Yuxarı

Moskvada Qara Qarayevin 100 illiyinə həsr olunmuş böyük konsert keçirilib

Moskvada Qara Qarayevin 100 illiyinə həsr olunmuş böyük konsert keçirilib
Gecədə solist kimi opera divası, Böyük Teatrın solisti Dinarə Əliyeva çıxış edib

Moskva. 10 aprel. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi şərəfinə daha bir böyük konsert keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, xatirə gecəsində yubilyarın bəstələdiyi mahnılar, Dmitri Şostakoviçin "Hamlet" filmi üçün bəstələdiyi musiqidən süitalar, həmçinin Qarayevlər sülaləsinin bəstəkarlıq ənənələrini gözəl şəkildə davam etdirən Fərəc Qarayevin "Tristessa I" əsəri səslənib.

Gecədə solist kimi opera divası, Böyük Teatrın solisti Dinarə Əliyeva çıxış edib. Onu Anatoli Levinin rəhbərliyi altında Moskva Konservatoriyasının Simfonik Orkestri müşayiət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi