Bakı. 25 mart. REPORT.AZ/ Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) aprel ayının 1-də Novruz bayramı münasibətilə şənlik keçiriləcək.
"Report" "Moskovskiy komsomolets"ə istinadən xəbər verir ki, bununla bağlı bir sıra tədbirlər təşkil ediləcək.
Buraya iki böyük konsert, dekorativ incəsənət və sənətkarlıq sərgi-yarmarkası, milli mətbəx yeməklərinin təqdim olunması, həmçinin bir sıra digər tədbirlər və aksiyalar daxildir.
Bundan başqa, tədbirdə plov müsabiqəsi keçiriləcək.