Moskvada Novruz bayramı münasibətilə şənlik keçiriləcək

Moskvada Novruz bayramı münasibətilə şənlik keçiriləcək Bununla bağlı bir sıra tədbirlər təşkil ediləcək
Mədəniyyət siyasəti
25 Mart , 2017 12:11
Moskvada Novruz bayramı münasibətilə şənlik keçiriləcək

Bakı. 25 mart. REPORT.AZ/ Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) aprel ayının 1-də Novruz bayramı münasibətilə şənlik keçiriləcək.

"Report" "Moskovskiy komsomolets"ə istinadən xəbər verir ki, bununla bağlı bir sıra tədbirlər təşkil ediləcək.

Buraya iki böyük konsert, dekorativ incəsənət və sənətkarlıq sərgi-yarmarkası, milli mətbəx yeməklərinin təqdim olunması, həmçinin bir sıra digər tədbirlər və aksiyalar daxildir.

Bundan başqa, tədbirdə plov müsabiqəsi keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi