Moskvada Azərbaycanın nar bayramı keçirilib - FOTO

Moskvada Azərbaycanın nar bayramı keçirilib - FOTO Moskva Milli Siyasət və Regionlararası Əlaqələr Departamentinin rəhbəri: "Əminəm ki, bu bayram xoş ənənə halını alacaq"
Mədəniyyət siyasəti
27 Noyabr , 2017 15:16
Moskvada Azərbaycanın nar bayramı keçirilib - FOTO
Report

Moskva. 27 noyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvanın Taqanski mədəniyyət və istirahət parkında Azərbaycan mədəniyyətinə həsr olunmuş "Qranat" ümumşəhər bayramı keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, tədbir Moskva hökuməti ilə azərbaycanlıların Moskva Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib.

"Hər bir millətin fəxr etdiyi, göstərə biləcəyi cəhətləri var. Əminəm ki, nar bayramı xoş ənənə halını alacaq, moskvalıların Azərbaycan mədəniyyətinin gözəllikləri və zənginliyi ilə geniş tanışlığı sülh işinə xidmət edəcək", - deyə tədbirin açılışında Moskva Milli Siyasət və Regionlararası Əlaqələr Departamentinin rəhbəri Vitali Suçkov bildirib.

Öz növbəsində, azərbaycanlıların Moskva Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Ağadadaş Kərimov belə bir bayramın keçirilməsinə imkan yaratdığına görə paytaxt meriyasına təşəkkür edib: "Azərbaycanda bu bayram artıq 10 ildir noyabr ayında qeyd edilir. Bu, nar məhsulunun yığımının başa çatması ilə əlaqədardır. Bayramın artıq Azərbaycandan kənarda qeyd edilməsi sevindiricidir".

Bayram zamanı aparıcılar nar meyvəsi ilə bağlı müxtəlif əhvalatlardan danışıblar.

Bayram üçün xüsusi hazırlanan "Şərq Bazarı" qonaqları nardan hazırlanmış ləziz kulinariya məhsullarının dadına baxmağa dəvət edib, baş aşbaz isə nar formasında orijinal tort hazırlayıb.

Bayramla əlaqədar əsas səhnədə "Adat" xalq rəqs ansamblı, Rəna İbrahimova, İlona Yankovskaya və başqaları çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi