Yuxarı

Misir Səfirliyinin əməkdaşları üçün Azərbaycan dilinin öyrədilməsi müzakirə edilib

Misir Səfirliyinin əməkdaşları üçün Azərbaycan dilinin öyrədilməsi müzakirə edilib
Səfir Süzan Gamil Bilik Fondunda olub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Misirin Azərbaycandakı səfiri xanım Süzan Gamil Azərbaycan prezidenti yanında Bilik Fondunun qonağı olub.

Misirin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə səfirə Bilik Fondunun Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə təşkil etdiyi ərəb dili kursları, Misir mədəniyyətini nümayiş etdirən sərgilər barədə məlumat verilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin səfirliyin əməkdaşları üçün Bilik Fondu tərəfindən Azərbaycan dili üzrə təlimlərin təşkili məsələləri müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi