Yuxarı

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib
Komitə sədri Rəfael Hüseynov hesabatla çıxış edib
© Report

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” və “Milli Arxiv fondu haqqında” qanunlara dəyişiklik layihələri daxil edilib. Bildirilib ki, bu dəyişikliklər texniki xarakterlidir.

Komitə sədri Rəfael Hüseynov hesabatla çıxış edib, Milli Məclisin yaz sessiyasında görülən işlər barədə məlumat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi