Yuxarı

Milli Kitabxanada “Məhəmməd Əmin Rəsulzadə - 135” kitab sərgisi açılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Milli Kitabxanada ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı geniş kitab sərgisi açılıb.

Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, sərgidə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və xarici dillərdə nəşr olunmuş müəllifi olduğu əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Eyni zamanda əməkdar incəsənət xadimi, şair Əli Qulu oğlu Cavadzadənin (Əli Tudə) anadan olmasının 95 illiyi münasibətilə “Əli Tudə-95” adlı kitab sərgisi açılıb.

Sərgidə şairin müəllifi olduğu Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları sərgilənir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi