Milli Kino Günü və Azərbaycan kinosunun 120 illik yubileyi qeyd olunacaq

Milli Kino Günü və Azərbaycan kinosunun 120 illik yubileyi qeyd olunacaq Bakı. 27 iyul. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də saat 19:00-da Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Mədəniyyət siyasəti
27 İyul , 2018 16:43
Milli Kino Günü və Azərbaycan kinosunun 120 illik yubileyi qeyd olunacaq
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də saat 19:00-da Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş etdiriləcək.

Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi