Meksika səfiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub

Meksika səfiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub Birgə tədbirlərin keçirilməsi perspektivləri müzakirə olunub
Mədəniyyət siyasəti
14 İyul , 2017 15:55
Meksika səfiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub

Bakı. 14 iyul. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini ziyarət edib və rektor Fərəh Əliyeva ilə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, rektor əvvəlcə 90 ildən çoxdur fəaliyyət göstərən bu ali təhsil ocağı haqqında məlumat verib. Bundan əlavə, rektor universitetin strukturu, fakültələri və ixtisaslar haqqında danışıb.

R.Labardini, öz növbəsində, səfirliyin fəaliyyəti, ikitərəfli münasibətlər və onların dinamıkası haqqında söz açıb. Eyni zamanda, bu diplomatik nümayəndəlik tərəfindən reallaşan və musiqi, rəssamlıq, heykəltəraşlıq və s. kimi sahələrlə bağlı olan mədəni tədbirlərə toxunub. O, bu xüsusda 2016-cı ilin oktyabr ayında Heydər Əliyev Mərkəzində açılmış və bu ilin avqust ayının sonlarınadək davam edəcək görkəmli meksikalı heykəltəraş Xorxe Marinin əsərlərindən ibarət sərgini vurğulayıb.

Hər iki ölkə arasında mədəni əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək birgə layihə və tədbirlərin mümkün təşkil olunması qeyd olunub. Bundan əlavə, tərəflər bu universitet ilə Meksikanın müvafiq ali təhsil məktəbləri arasında mümkün əməkdaşlıqdan danışıblar.

Son xəbərlər

Orphus sistemi