Mədəniyyət evinə yeni direktor təyin olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən "Report"a verilən məlumata görə, idarə rəhbərinin əmrinə əsaslanaraq Məmmədov Amil Həsən oğlu Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, adı “Qızıl kitab”a yazılmış sənətçi eyni zamanda Prezident təqaüdçüsüdür.
Baş İdarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilir.