Koronavirusla bağlı "İçərişəhər"ə turist axınında dəyişiklik olmayıb

Koronavirusla bağlı "İçərişəhər"ə turist axınında dəyişiklik olmayıb Koronavirusun qarşısının alınması məqsədi ilə dövlət səviyyəsində tədbirlər görülür.
Mədəniyyət siyasəti
3 Mart , 2020 11:49
Koronavirusla bağlı İçərişəhərə turist axınında dəyişiklik olmayıb
Riyad Qasımov / Report

"Koronavirusun qarşısının alınması məqsədi ilə dövlət səviyyəsində tədbirlər görülür.

Bu virusla bağlı "İçərişəhər"ə turist axınında dəyişiklik hiss etməmişik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq İdarəsinin aparat rəhbəri Riyad Qasımov deyib.

"Ümid edirik ki, tədbirlər nəticəsində virus bizə "İçərişəhər"ə turist axınına böyük təsir etməyəcək", - R.Qasımov əlavə edib.

Aparat rəhbəri bildirib ki, hər il olduğu kimi martın 19-dan 29-dək Novruz bayramı ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulmayacaq:

"Bildiyiniz kimi, Novruz ərəfəsində ölkəmizə iranlı turistlər də axın edir. Biz çalışacağıq ki, turistlərlə bağlı hər hansı şübhəli məqama rast gəlinərsə, müvafiq dövlət qurumlarına məlumat verilsin".

R.Qasımov "İçərişəhər" Dövlət Tarix-Memarlıq İdarəsinin tabeliyində olan muzeylərin daim dezinfeksiya edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi