IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirilib

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirilib Festivalın təşkilati işlərini “Salnaməfilm Studiyası" həyata keçirir
Mədəniyyət siyasəti
15 Noyabr , 2017 17:37
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirilib
Report/ Elshan Baba

Bakı. 15 noyabr. REPORT.AZ/ IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının (BBTFF) açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 15-18-də baş tutacaq festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

Festivalın icraçı direktoru Nazim Hüseynov bildirib ki, müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaq: "Bunlar ölkə, region və şəhər, mədəniyyət və ənənə, reklam filmləri, ekoturizm və digər turizm növləri, TV məhsullar (filmlər, videoçarxlar) kateqoriyalarıdır. Festival həmçinin tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub".

Festivala təqdim olunan filmlər kinematoqrafçılardan, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

BBTFF mənzil-qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Festivalın təşkilati işlərini “Salnaməfilm Studiyası" həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi