Yuxarı
    Bağlamaq

    İtaliya Prezidenti Sarayında Azərbaycan musiqisi konserti keçiriləcək

    Bakı. 11 oktyabr. REPORT.AZ/ İtaliya Prezidenti Sarayında Azərbaycan musiqisindən ibarət konsert keçiriləcək.

    Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, İtaliya Respublikası Prezidentinin Kuirinale Sarayının (Palazzo del Quirinale) Kapella Paolina (CapellaPaolina) zalında hər həftənin bazar günləri keçirilən və "Rai Radio 3" ictimai radiosu ilə saat 11.50-də canlı yayımlanan məşhur "Kuirinale Konsertləri"nin (Concertidel Quirinale) oktyabrın 14-də yayımlanacaq buraxılışı Azərbaycan musiqisindən ibarət konsertə həsr olunacaq.

    Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və muğamın YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Heydər Əliyev Fondu, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan və italyan musiqiçiləridən ibarət Belcan-Tar ansamblının ifasında Azərbaycan klassik musiqi nümunələri və xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam ansamblının ifasında Azərbaycan muğamları və xalq mahnıları ifa olunacaq.

    Eyni konsert proqramı, eləcə də oktyabrın 12-də İtaliyanın Abruzzo Regional Şurasının binası olan Emiçilo Sarayında (Palazzo dell’Emicilio) da təqdim olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi