Yuxarı

İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün iki milyon ayrılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, teatr binasının əsaslı təmirinin və yenidən qurulma işlərinin davam etdirilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinə 2,0 milyon manat vəsait ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi